Belaruslar da ruslar kimi içki içməyi azaldıblar..?

...2024-cü ildə Belarusda 15 yaşdan yuxarı insanlar üçün adambaşına ümumi spirt istehlakı 11,1 litr mütləq spirt təşkil edib.

SİA xəbər verir ki, Belstat-ın məlumatına görə, 2023-cü ildə bu rəqəm 11,5 litr olub. Bu arada, ötən il adambaşına qeydə alınan spirtli içki istehlakı 10,5 litr (2023-cü ildə 10,9 litr) olub.

Keçən il Belarusiyada müəyyən növ spirtli içkilərin istehlakı fiziki baxımdan belə olub:

-pivə - 46,597 min dekalitr (1 dekalitr = 10 litr);

-araq- 8,329 min dekalitr;

-az alkoqollu içkilər - 4,968 min dekalitr;

-meyvə şərabı - 4,177 min dekalitr;

-üzüm şərabı — 3,536 min dekalitr;

-konyak, konyak içkiləri və brendi - 1229 min dekalitr.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə