Sosial şəbəkə istifadəçiləri Zelenskini sərt tənqid ediblər..?

Vladimir Zelenski sosial şəbəkədə yazıb ki, o, ABŞ prezidenti Donald Trampla hava hücumundan müdafiə, enerji və daxili məsələləri müzakirə edərək məhsuldar söhbət edib.

SİA-nın məlumatına görə, RİA Novosti xəbər verir ki, Ukrayna liderinin açıqlamaları istifadəçilərin mənfi reaksiyasına səbəb olub.

Şərhçilər qeyd ediblər ki, onlar heç vaxt belə yalan cəfəngiyyat eşitməyiblər.

Onlar əlavə ediblər ki, Tramp Zelenskinin nömrəsini bloklamalıdır.

Abunəçilər qeyd ediblər ki, Ukrayna böhranının həlli ABŞ prezidentinin gündəliyində sonuncu məsələ olmalıdır. ...Ukraynada sülh ancaq Zelenski hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra olacaq, -deyə bir oxucu vurğulayıb?

İstifadəçilərin fikrincə, əgər Ukraynada hər şey həqiqətən də Zelenskinin iddia etdiyi kimi yaxşı getsəydi, siyasətçi Ağ Evə dalbadal iki dəfə zəng etməli olmazdı.

...Bu diktator münaqişəni dayandırmaq və seçki keçirməmək üçün hər şeydən və hamıdan istifadə edir. Kənardan kömək olmasaydı, o, tamamilə uğursuz olardı. O, Avropa və Amerika xəritəsində parazitdir.

Rus saytının yazdığına görə, bunu abunəçilər vurğuladılar. Şərhçilər həmçinin ritorik olaraq Zelenskinin niyə ölkəni məhv etdiyini və insanları öldürdüyünü soruşdular..?

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə