Tramp Zelenskini Vaşinqtonda qəbul etməyi planlaşdırır...

Danışıqlar oktyabrın 17-də baş tutacaq...

...ABŞ prezidenti Donald Tramp ukraynalı həmkarı Vladimir Zelenski ilə Vaşinqtonda görüşməyi planlaşdırır.

SİA xəbər verir ki, Financial Times-ın mənbələrə istinadən verdiyi məlumata görə, danışıqlar oktyabrın 17-də baş tutacaq.

Jurnalistlər öyrəniblər ki, Ukrayna liderinin səfərindən əvvəl Ağ Evin sakini ilə Ukraynaya “Tomaqavk” raketlərinin mümkün satışı ilə bağlı bir sıra telefon danışıqları olub. Dövlət başçıları arasında gözlənilən təmasların təfərrüatları hələlik açıqlanmır.
Oktyabrın 13-də Amerika lideri Zelenski ilə “yaxşı” söhbət etdiyini, ikisinin Kiyev üçün silah məsələsini müzakirə etdiyini bildirib.

Tramp Kiyevin Vaşinqtondan “Tomaqavk” raketlərini almaq istədiyini də təsdiqləyib. Bundan bir qədər əvvəl Volodimir Zelenski Donald Trampın bu silahların çatdırılması ilə bağlı hələ qərar vermədiyini açıqlamışdı. Ukrayna liderinin sözlərinə görə, o, amerikalı həmkarının qərarını gözləyir, Kiyev isə raketlərin çatdırılması üzərində “işləyir”.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə