BMT-nin Baş katibi Antonio Quterreş israilli girovlarının və fələstinli məhbusların azad edilməsi də daxil olmaqla, ABŞ prezidenti Donald Trampın təklifi əsasında Qəzzada atəşkəs rejiminin davam etdirilməsini alqışlayır. SİA xəbər verir ki, bu barədə BMT sözçüsünün bəyanatında deyilir. O, Qətər, Misir, ABŞ və Türkiyə hökumətlərinə davamlı vasitəçilik səylərinə görə təşəkkür edib. Quterreş Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) bütün girovların azad edilməsinin təhlükəsiz və humanist şəkildə həyata keçirilməsindəki rolunu vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə