Yeni və qərəzsiz müxalifət müasir dövrün tələbidir

Hüquqi və demokratik dövlət quruculuğuna sədaqətliyi ilə seçilən Azərbaycan müasir dövrün tələbinə və reallığına uyğun olaraq inkişafını sürətləndirən islahatlar həyata keçirməklə səmərəli nəticələr əldə etməkdədir. Xüsusi ilə də, ölkə Prezidenti İlham Əliyevin rüşvətxorluğa və korrupsiyaya qarşı apardığı sərt tədbirlər, iqtisadi və kadr islahatları Azərbaycanın beynəlxalq aləmdə qazandığı müsbət imicin daha da möhkəmlənməsinə və qüdrətinin artmasına təkan olub. Əldə etdiyi nailiyyətlər Azərbaycanın beynəlxalq hüququn güclü, nüfuzlu müstəqil subyekti kimi çıxış etməsinə yeni imkanlar qazandırıb.

Təbii ki, Azərbaycanın bu günki, iqtisadi, siyasi, sosial, mədəni və digər sahələr üzrə yaşanan inkişafının təməli 1993-cü il də qoyulub. 1990-1993-cü illərdə xaos və anarxiyanın mövcudluğu o dövrdə respublikamızda ciddi problemlər, fəsadlara yaratmışdır. Belə ağır və fəlakətli dönəm də xalq nicatını və qurtuluşunu Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə gələrək, xalqı və dövləti bu bəladan xilas etməkdə gördü. Xalq inamında və etimadında yanılmadı. Dahi Öndərimizin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə müstəqilliyimizin məhv olması, iqtisadi tənəzzülün və hərbi-siyasi məğlubiyyətlərin aradan qaldırılmasına nail olundu. Qısa müddət sonra Azərbaycan azad, demokratik sosial iqtisdi cəhətdən güclü və qüdrətli dövlətə çevrildi. Bunu qədir bilən Azərbaycan xalqı çox gözəl bilir və qiymətləndirir. Təbii ki, xalqdan ayrı düşən müxalifətdə reallığı dərk edir. Sadəcə, xaricdən maddi və mənəvi baxımdan asılı olmaları, onlara mövcud həqiqəti qəbul etməyə imkan vermir. Hələ də, iddialı və məntiqsiz iddialarla çıxış edib, hakimiyyətə “ciddi rəqib” olduqlarını nümayiş etdirməyə çalışırlar. Ancaq reallıqda hakimiyyətə alternativ ola biləcək bir qüvvə kimi təsəvvür edilmir. Həm də ona görə ki, qatıldıqları taleyüklü tədbirlərdə uğursuzluq onların bir növ alın yazısı olub. Konkret desək 1993-cü ildən bu günə qədər müxalifətin qatıldığı bələdiyyə, parlament və prezident seçkiləri onlar üçün uğursuzluqla nəticələnib. Hətta bələdiyyələrə keçirilən seçkilərdə belə onlar 0, 5 faizlik baryeri keçə bilməyiblər. Bu onların faciəsi və süqutudur. Ancaq məğlubiyyətlərini etiraf edib, siyasətdən getməyə çalışmırlar. Halbuki, bəzən danışanda, çıxışlar edəndə demokratiyadan hay-küylü sitatlar gətirir, dünya ölkələrindən misallar göstərirlər.

Qardaş Türkiyə siyasi arenasında dəfələrlə seçki məğlubiyyəti ilə üzləşən partiya sədrlərinin oturduqları kreslonu tərk etdiklərinin şahidi olmuşuq. 1998-ci ildə Almaniyada keçirilən kansler seçkisində məğlub olan Helmut Kol, Afrikanın azadlıq mücahidi Nelson Mandela, Böyük Britaniyada "dəmir ledi" kimi tanınan Marqaret Tetçer, Türkiyədə Böyük Millət Məclisinə keçirilən parlament seçkilərində Dövlət Baxçalı, Məsud Yılmaz, Tansu Çillər, Bülənt Ecevit və bu kimi digər dünyaca tanınmış siyasətçilər istefa verdilər. Sonrakı mərhələdə də, onlar yenidən siyasətə qayıtmağa və yenidən şanslarını yoxlamağa cəhdlər göstərmədilər. Yəni artıq siyasətdə bitdiklərini dərk etdiklərindən, tamamilə fərqli fəaliyyət yolu seçməklə həyatlarını davam etdirdilər.

Qısası, dünya siyasətinin ənənələrinə və bu günki reallqlarına əsasən seçki məğlubiyyəti həyat tərzi olan Azərbaycan müxalifəti siyasətdən getməli, onların yerini praqmatik, konstruktiv qüvvələrə verməlidirlər. Ancaq görünən odur ki, sədrlik kreslosuna gəlir mənbəyi kimi baxan müxalifət partiya sədrləri hələ də siyasətdə var – gəl edir, hansısa açıqlamalar və məntiqsiz ideyalar irəli sürürlər. Əminliklə demək olar ki, bu kimi açıqlamalar və qarşıq ideyalarda keçib gedəcək. Çünki, dünya düzəni artıq dəyişib. Cəmiyyət yeni, sağalam, milli maraqları ahəta edə biləcək təkliflər və addımların atılmasını gözləyir. Hazır ki, məqamda isə bu günki müxalifətdə buu potensial yoxdur. Deməli, istəsələr və istəməsələrdə onlar siyasətdən gedəcəklər. Cəmiyyətin tələbidə elə budur - yeni və qərəzisiz müxalifət siyasi arena çıxasın.

İ.ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə