Ombudsman məhkəmələrdə tərcüməçilik edən şəxslərə ödənilən vəsaitin artırılmasını təklif edir
Azərbaycanda məhkəmələrdə tərcüməçilərə gördüyü işlərə görə ödənilən vəsaitin artırılması təklif olunur. SİA xəbər verir ki, bu təkliflə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin bu gün keçirilən birgə iclasında çıxış edib.
Onun sözlərinə görə, Nazirlər Kabinetinin "Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında" qərarının ikinci və üçüncü bəndlərində nəzərdə tutulan cinayət mühakimə icraatı zamanı tərcüməçi, mütəxəssis və ya ekspert tərəfindən görülən işlər üçün müəyyən edilmiş məbləğə yenidən baxılması vacibdir. Hazırda, hər iş saatı üçün 35 qəpik müəyyən edilib.
Ombudsman həmçinin bildirib ki, borclu dövlət orqanlarına münasibətdə məhkəmə qərarlarının icrasının təmin edilməsi və borcun ödənilməsinin tənzimlənməsi məqsədilə dövlət büdcəsində maliyyə vəsaitinin nəzərdə tutulmasına, hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə onlara ərzaq üçün ödənilən aylıq pul kompensasiyasının məbləğinin "minimum istehlak səbətinin tərkibi"ndəki ərzaq məhsullarının aylıq dəyərinə uyğunlaşdırılmasına, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına ödənilən müavinətin məbləğinin ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumuna uyğunlaşdırılmasına da ehtiyac var.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB