Pərviz Şahbazov Moldovalı həmkarı ilə təbii qazın hasilatı barədə müzakirə aparıb
Azərbaycanın energetika naziri Pərviz Şahbazov və moldovalı həmkarı Dorin Jungietu Bakıda keçirilən görüşdə təbii qazın hasilatı sahəsində əməkdaşlığı müzakirə ediblər. SİA xəbər verir ki bu barədə Moldovanın Energetika Nazirliyi rəsmi açıqlama yayıb. Məlumatda deyilir ki, Dorin Jungietu Bakıda Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının 12-ci nazirlik görüşündə iştirak edir.
"Tədbir çərçivəsində nazir Dorin Jungietu Azərbaycanın energetika naziri Pərviz Şahbazovla ikitərəfli görüş keçirib. Müzakirələr təbii qazın hasilatı sahəsində ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsi, regional tələbin inkişafı, həmçinin Moldovanın qaz bazarının davam edən liberallaşdırılması şəraitində qarşılıqlı əməkdaşlıq imkanları üzərində cəmləşib", - məlumatda deyilir.
Nazirlər Avropa qaz bazarlarının yenidən qurulması kontekstində tərəflər uzunmüddətli təchizat təhlükəsizliyinin təmin edilməsi üçün genişlənən infrastrukturun, tənzimləmə koordinasiyasının və regional tərəfdaşlıqların əsas rolunu vurğulayıblar.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)
.jpg)

USD
EUR
GBP
RUB