"Qanunsuz hərəkətlər davam edəcəyi təqdirdə hüquq-mühafizə orqanlarının asayişi qorumaq üçün hərəkətə keçməkdən başqa yolu qalmayacaq" - Ayətullah Əli Xamneyi

"Səlahiyyətli üç qurum rəhbərləri yanacaq istehlakını idarə etmək üçün planlı qərar verdilər, bu qərar yerinə yetirilməlidir".

SİA "İRNA"ya istinadən xəbər verir ki, bunu İranın Ali dini lideri Ayətullah Əli Xamneyi deyib.

Yanacağın qiymətinin artmasına görə keçirilən aksiyaları yada salan dini lider etirazçıları sakitliyə və ictimai asayişə çağırıb: "Vətənini sevən ağıllı insan heç vaxt ictimai əmlaka zərər vermir".

Əli Xamneyinin sözlərinə görə, ölkədə təhlükə yaradan bu cür tədbirləri "İranın düşmənləri və inqilab əleyhinə olan qüvvələr" dəstəkləyirlər.

BBC-nin məlumatına görə isə İranın daxili işlər naziri Əbdulrza Rəhmani-Fəzli dövlət televiziyasına müsahibəsində etirazçılara xəbərdarlıq edib.

O qeyd edib ki, "qanunsuz hərəkətlər davam edəcəyi təqdirdə hüquq-mühafizə orqanlarının asayişi qorumaq və sakitliyi bərpa etmək üçün hərəkətə keçməkdən başqa yolu qalmayacaq".

Qeyd edək ki, noyabrın 15-də İranda benzinin qiyməti 50 faiz artırılıb. Bu qərar İranda kütləvi aksiyalara səbəb olub. Bir sıra şəhərlərdə isə etirazçılarla polis arasında qarşıdurma yaranıb, xeyli sayda yaralı var.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...