Fransada zəlzələ olub yaralananlar var

Fransanın cənub-şərqində baş verən zəlzələ nəticəsində Le-Tey kommunasında 5 nəfər yaralanıb, 30 ev dağılıb, 250 binaya ziyan dəyib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, zəlzələnin maqnitudası 5.4 olub. Bildirilib ki, yeraltı təkanların episentri Lion şəhəridir. Ardeş şəhərindəki Krua-Meys Atom Elektrik Stansiyasının işi dayanıb. Zəlzələ nəticəsində AES-ə zərər dəymədiyi vurğulanıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...