ABŞ dövlət katibi Trampın İranla danışıqlara hazır olduğunu təsdiqləyib

ABŞ dövlət katibi Mayk Pompeo prezident Donald Trampın İranla ilkin şərtsiz danışıqlara hazır olduğunu təsdiqləyib.

SİA “RİA Novosti”yə istinadən xəbər verir ki, o, Buenos-Ayresdə keçirdiyi mətbuat konfransında belə deyib.

“Prezident Tramp aydın şəkildə çatdırıb ki, biz ilkin şərtlər olmadan İranla danışıqlara başlamağa hazırıq. İranlılar davamlı olaraq deyirlər: “ABŞ bir addım atarsa, biz də danışıqlara başlayarıq”, - deyə Pompeo bildirib.

Onun sözlərinə görə, danışıqlar – “problemin həlli üçün doğru yoldur”.

Bütün xəbərlər Facebook səhifəmizdə