Vladimir Putinlə Benyamin Netanyahu arasında telefon danışığı olub

Rusiya prezidenti Vladimir Putinlə İsrailin baş naziri Benyamin Netanyahu arasında telefon danışığı olub. “Report” Kremlin Mətbuat xidmətinə istinadən xəbər verir ki, danışıq İsrail tərəfinin təşəbbüsü ilə baş tutub.

Söhbət zamanı V.Putin bildirib ki, Suriya Hərbi Hava Müdafiə Qüvvələrinin döyüş imkanlarını artırmaq üçün gördükləri tədbirlər yaranan vəziyyətə adekvatdır.

Onun sözlərinə görə, Rusiyaya məxsus “İl-20” tipli təyyarənin bu günlərdə vurulmasına əsas səbəb İsrail Hərbi Hava Qüvvələrinin atdığı addımlar olub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...