Gürcüstanın NATO-ya daxil olması Rusiya üçün faydalıdır

Gürcüstanın Şimali Atlantika Alyansına daxil olması Rusiya üçün faydalıdır, çünki bu addım Qafqazda stabilliyi möhkəmləndirəcək. SİA xəbər verir ki, bu fikirləri “Fox News” telekanalına müsahibəsində Gürcüstanın baş naziri Mamuka Baxtadze deyib.

“Əgər Gürcüstan NATO-ya üzv olsa, bu, regionun stabilliyinə töhfə verəcək. Bu, ən yaxşı səviyyədə Rusiyanın da maraqlarına cavab verir”, – Baxtadze bildirib.

Baş nazirin sözlərinə görə, ölkənin iqtisadiyyatı o qədər yaxşı olmasa da, Tbilisi hərbi ehtiyaclar üçün ÜDM-in iki faizdən çoxunu xərcləyir.

Baxtadze əlavə edib ki, Donald Tramp administrasiyası ilə birlikdə ABŞ və Gürcüstan arasında təhlükəsizlik sahəsində əməkdaşlığın artırılması istiqamətində işlər aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...