Tramp 74 yaşında yenidən namizəd olacaq

ABŞ prezidenti Donald Tramp 2020-ci ildə keçiriləcək prezident seçkilərində yenidən namizədliyini irəli sürmək niyyətindədir. Bunu D.Tramp Britaniyanın "Daily Mail" nəşrinə müsahibəsində bildirib.

D.Tramp seçki prosesində Demokratlar düşərgəsində ona rəqib ola biləcək namizəd görmədiyini qeyd edib: "Mən rəqib görmürəm. Mən onların hamısını tanıyıram, onlarda heç kim yoxdur… Onlarda düzgün namizəd yoxdur".

Qeyd edək ki, Donald Tramp 2016-cı ildə seçkilərdə qalib gəlib. O zaman onun 70 yaşı var idi. 2020-ci ildə isə Trampın 74 yaşı olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə