Türkiyədə dəniz reysləri ləğv edilib

İstanbulda dəniz reysləri ləğv edilib.

SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, reyslərin ləğv edilməsi barədə qərar güclü küləklə müşayiət olunan leysan yağışlarla əlaqədar qəbul edilib.

Türkiyənin Dəniz Nəqliyyatını İdarə üzrə Təşkilatdan bildiriblər ki, dəniz reyslərinin ləğv edilməsi ilə əlaqədar "Marmaray" tuneli gücləndirilmiş rejimdə fəaliyyət göstərir.

Ölkə sinoptikləri belə havanın İstanbulda hələ 3 gün davam edəcəyini proqnozlaşdırıblar.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə