Astanada güclü qar yağması ilə əlaqədar Nursultan Nazarbayev beynəlxalq aeroportunda 15-dən çox reys təxirə salınıb, dördü isə ləğv olunub. SİA-nın xəbərinə görə, ləngimələr Qazaxıstan aviaşirkətlərinin reyslərinə şamil edilib. Qazaxıstan meteoroloji xidmətlər idarəsi - "Kazqidromet" dekabrın 10-11-də Astanada çovğun və yolların buz bağlamasının gözlənildiyini bildirmişdi. Almatı şəhərində "Air Astana" aviaşirkətinə məxsus təyyarə uçuş-enmə zolağından kənara çıxıb. Almatı–Banqkok reysi üzrə hərəkət edən təyyarə də uçuş-enmə zolağından kənara çıxıb. Sərnişinlər başqa təyyarə ilə Banqkoka göndərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə