Rusiyalı rəssam Fransa Milli Bankına OD QOYDU

Fransanın Mərkəzi Bankı maliyyə müəəssisənin Paris filialını yandırdığına görə, rusiyalı rəssam-aksionist Pyotr Pavlenskini məhkəməyə verəcək. SİA xəbər verir ki, bu barədə Le Point dərgisi yazır. Belə ki, bankın filial şöbəsinin yandırıldığı ərazi Bastiliya meydanında yerləşir və bu əraziyə xüsusilə ciddi ziyan vurulub. Dərfi onu da yazır ki, insident baş verdikdən sonra Fransanın Mərkəzi Bankının filial şöbəsi gələn həftənin bazar ertəsinə qədər bağlı qalacaq.

Le Parisien qəzetinin radiostansiyasından isə bildirilir ki, hadisədən sonra qanun mühafizəçiləri iki nəfər şəxsi tutublar. Onlar Pavlenski və onun 37 yaşı sevgilisidir. Polis qeyd edir ki, onlar əvvəlcə binanın fasadındakı pəncərələri daşla sındırıblar və ardınca əski parçalarını yandıraraq, bankın binasında yanğın törətməyə cəhd ediblər.

O da bəlli olub ki, Pavlenski Fransadan siyasi mühacir statusu alıb və bənzər hadisə onun tərəfindən ilk dəfə törədilmir. Belə ki, o Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Lubyankadakı binasının qapısını da yandırmışdı və məhkəmə onu 500 min rubl cərimə etmişdi.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə