Rusiyanın paytaxtı Moskvada güclü yanğın olub.

SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, yanğın şəhərin şimalında, lak və boya məmulatları anbarında baş verib.

Alov təqribən 21 min kvadrat metr ərazini əhatə edib. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisədən zərərçəkən olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə