Helikopterin qəzaya uğraması 4 can aldı

Yəməndə ərəb koalisiyasına aid helikopterin qəzaya uğraması nəticəsində 4 hərbçi ölüb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, qəza koalisiya qüvvələrinin üsyançı husilərə qarşı missiyası zamanı Şabva əyalətində baş verib.

İlkin olaraq qəza nəticəsində bir neçə hərbçinin yaralandığı barədə məlumat verilirdi. Ancaq daha sonra koalisiya nümayəndəsi polkovnik Turki Al-Malki hadisə nəticəsində 4 nəfərin öldüyünü açıqlamışdı.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə