İnstagram depresiyaya yol açır XƏBƏRDARLIQ

ABŞ-ın Pensilvaniya Universitetin psixoloqları müəyyən ediblər ki, uzun müddət sosial şəbəkələrdən istifadə insanlarda təklik hissini oyadaraq depressiyaya yol açır. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, mütəxəssislər İnstagram, Facebook, Snapchat-dan aktiv istifadə edən 143 tələbə arasında araşdırma aparıblar.

Araşdırma zamanı tələbələr iki qrupa bölünüblər. Belə ki birinci qrupda gününün çox hissəsini sosial şəbəkədə keçirənlər, digərində isə gün ərzində yalnız 10 dəyməsini sosial şəbəkələrə sərf edənlər daxil edilib. Psixoloqlar araşdırmaları haqqında anket hazırlayaraq tələbələrə ünvanlayıblar. Məlum olub ki, təklik, depressiya daha çox sosial şəbəkədən istifadə edənlərdə müşahidə edilib. Lakin gün ərzində daha az sosial şəbəkələrdən istifadə edənlərə bu simptomlar daha az faizlə müşahidə edilib.

Psixoloqların gəldiyi qənaətə görə, buna səbəb İnstagram-da birinin başqasının keçirdiyi həyat tərzinə baxması zamanı onda digərinin daha yaxşı yaşaması ilə bağlı yarandığı hisslərdir. Bir çox mütəxəssislər də düşünür ki, başqasının həyatını özününkü ilə müqayisə etmək insanda depressiyaya səbəb olur.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...