Milli komandalarımızın avrokuboklarda rəqibləri bəlli olub

Voleybol üzrə qadınlardan ibarət Azərbaycan millisinin Qızıl Avropa Liqasındakı rəqibləri bəlli olub. SİA-nın məlumatına görə, Vasif Tаlıbovun baş məşqçi olduğu kollektiv C qrupunda Ukrayna, İspaniya və Rumıniya ilə üz-üzə gələcək.

Kişilərdən ibarət Azərbaycan yığması isə Gümüş Avropa Liqasının A qrupunda Finlandiya və Xorvatiya ilə qarşılaşacaq.

Qeyd edə ki, hər iki yarışda qrup matçları 2020-ci il may - iyun aylarında olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə