"Müasir turizm rəqəmsallaşmağa doğru sürətli şəkildə inteqrasiya edir. Texnologiyanın inkişafı ilə birlikdə turizm sahəsində də yeni imkanlar yaranır və rəqəmsallaşmanın müxtəlif istiqamətləri gündəmə gəlir. Onlardan biri də hazırda dünyada aktuallığı artan süni intellektdir".
Bu sözləri SİA-ya açıqlamasında turizm eksperti Kənan Hənifəyev deyib.
.jpg)
Kənan Hənifəyev sözlərinə belə davam edib: "
Süni intellektin turizm sahəsində tətbiqi artıq bir neçə ölkədə başlanıb və yaxın gələcəkdə bu yanaşmanın zərurətə çevriləcəyi gözlənilir. Süni intellekt turizm sektorunda müxtəlif sahələrdə istifadə oluna bilər. O, maraqlı turizm kontentlərinin hazırlanmasında, digital bələdçi funksiyasının təmin edilməsində, turistlər üçün informasiya ötürücülüyünün səmərəli və interaktiv şəkildə təşkil edilməsində və satış proseslərinin optimallaşdırılmasında əhəmiyyətli rol oynaya bilər.
Turistlər texnologiyanın yeni alətlərindən istifadə etməyi sevirlər və onların xidmət ehtiyaclarını süni intellekt vasitəsilə təmin etmək həm komfortlu, həm də səmərəli bir həll yoludur. Artıq Avropada müəyyən şirkətlər müxtəlif platformalarda süni intellekt həllərini uğurla sınaqdan keçiriblər və bunun nəticələri göstərir ki, bu yanaşma həm müştəri məmnuniyyətini artırır, həm də turizm biznesinə əlavə dəyər qatır.
Ölkəmizdə bu sahədə fəaliyyət hələ yeni sayılır və maarifləndirmə mərhələsindədir. Lakin yaxın illərdə turizm sektorumuzda da süni intellekt texnologiyalarının tətbiqi genişlənəcək və turistlər üçün innovativ xidmətlər təqdim olunacaq. Bu isə ölkəmizin turizm sahəsində rəqabət qabiliyyətini artırmaqla yanaşı, gələcəkdə daha müasir və interaktiv turizm təcrübəsinin yaradılmasına imkan verəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB