“Forumda qlobal əməkdaşlığın və iqlim məsələlərinin əhəmiyyəti önə çıxdı” -BARONESS PATRİCİA

“Bu forumda iştirak etmək mənim üçün böyük bir təcrübə oldu. Fikir mübadiləsi aparmaq, müxtəlif ölkələrdən olan mütəxəssislərlə görüşmək və qlobal məsələlər barədə dərin müzakirələrdə iştirak etmək çox faydalı oldu”.
Bu sözləri SİA -ya açıqlamasında Baroness Patricia Scotland, Komonvelt Ölkələrinin sabiq Baş Katibi XIII Global Bakı Formunda iştirakı zamanı bildirib.
“Forumun təşkilati səviyyəsi və geniş proqramı bütün iştirakçılara öz bilik və təcrübələrini paylaşmaq üçün əla imkan yaratdı.

Eyni zamanda, burada gündəmə gətirilən mövzular ,iqlim dəyişikliyi, davamlı inkişaf, sülh və təhlükəsizlik məsələləri , mənim üçün həm ilhamverici, həm də düşündürücü oldu. Forum iştirakçıların birgə əməkdaşlığının və qarşılıqlı öyrənmənin nə qədər vacib olduğunu bir daha göstərdi. Bu təcrübə mənim qlobal problemlərə baxışımı daha geniş və obyektiv etməyə kömək etdi”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə