Alpaqut Turan döyüş sənəti üzrə IV Azərbaycan kuboku yarışları keçiriləcək

Qazax Olimpiya İdman Kompleksində alpaqut Turan döyüş sənəti üzrə IV Azərbaycan kuboku yarışları keçiriləcək. SİA-nın məlumatına görə, Gənclər və İdman Nazirliyinin illik təqvim planına uyğun olaraq keçirilən yarışda alpaqutçular aypara, batur, caymaz və qurşaq növlərində qüvvələrini sınayacaqlar.

Turnirdə ölkənin 30-dan artıq komandasını təmsil edən bütün yaş qrupları üzrə 300-dən çox idmançı birincilik uğrunda yarışacaq.

Oktyabrın 19-da yarışın rəsmi açılış mərasimi keçiriləcək.

Yarışda fərqlənən idmançılar diplom, medallar və kubokla mükafatlandırılacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...