Şahmatçılarımız dünya kubokunda cavab görüşləri keçirəcəklər

Sentyabrın 11-də Xantı-Mansiyskdə şahmat üzrə dünya kubokunun 1/64 final mərhələsinin cavab partiyaları oynanılacaq. SİA-nın məlumatına görə, Azərbaycan şahmatçılarından Şəhriyar Məmmədyarov madaqaskarlı Antenaina Rakotomaharo, Teymur Rəcəbov Farer Adaları təmsilçisi Helgi Ziska, Eltac Səfərli ABŞ şahmatçısı Samuel Şankland, Arkadi Naidiç almaniyalı Niklas Huşenbet, Nicat Abasov isə Polşa təmsilçisi Perun Kasper ilə cavab qarşılaşmaları keçirəcəklər. Birinci turda Ş.Məmmədyarov və T.Rəcəbov qələbə qazanıblar. E.Səfərli, N.Abasov heç-heçə ediblər, A.Naydiç isə məğlub olub.

Dünya kubokunun finalına yüksələcək şahmatçılar 2020-ci ildə şahmat tacına iddiaçılar turnirində iştirak hüququ qazanacaqlar.

FIDE prezidenti Arkadi Dvorkoviç bildirib ki, turnirin bürünc mükafatçısı da təşkilatçıların xüsusi dəvətnaməsi olacağı halda belə bir hüquqa yiyələnə bilər.

Dünya kubokunun yarışları sentyabrın 10-dan oktyabrın 4-dək keçiriləcək. Sonuncu gün həlledici görüşlər üçün tay-breyk qarşılaşmaları nəzərdə tutulub. Turnirin mükafat fondu 1,6 milyon dollardır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...