“Mançester Siti " liderliyi ələ keçirib

İngiltərə Premyer Liqasında 35-ci turun ilk oyunu keçirilib.

SİA-nın məlumatına görə, çərşənbə günü UEFA Çempionlar Liqası turnirinin ¼ finalı çərçivəsində iki oyunun ümumi nəticəsinə görə “Tottenhem”ə məğlub olmuş “Mançester Siti” bu dəfə rəqibini öz meydanında İngiltərə Premyer Liqası çərçivəsində qəbul edib.

Oyun 1:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.

Bu qələbə ilə xallarının sayını 86-a çatdıran “Mançester Siti” liderlik mövqeyini möhkəmləndirib. Onu 85 xalla “Liverpul” izləyir.

“Tottenhem” isə 67 xalla 3-cü pillədə qalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə