Azad Rəhimov həmkarları ilə görüşüb - FOTOLAR

Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov ötən həftə Afrika İttifaqı Sosial münasibətlər komissarı xanım Amira El Fadil, Polşanın idman və turizm naziri Vitold Banka, Bolqarıstanın idman naziri Krasen Kralevi qəbul edib. SİA-nın məlumatına görə, nazir Azərbaycanda aparılan idman siyasəti, idman sahəsində görülən işlər, keçirilmiş və keçirilməsi nəzərdə tutulan mötəbər idman tədbirləri, idman yarışlarının yeni kadr potensialının yetişməsindəki önəmi, müxtəlif ölkələrlə təcrübə mübadilələrinin aparılması, ölkəmizdə fəaliyyət göstərən idman qurğuları və digər mühüm məqamlardan danışıb.

Nazirlər Azərbaycanda uğurlu idman menecmenti, idman qurğularının peşəkar səviyyədə işlədilməsi, antidopinqlə mübarizə sahəsində əldə olunan müsbət nəticələr, qaçqın və məcburi köçkün gənclərin idmana daha yaxından cəlb edilməsində Azərbaycanın qazandığı uğurlardan danışıb, təcrübə mübadiləsində maraqlı olduqlarını diqqətə çatdırıblar.

Bunula yanaşı, nazir Azad Rəhimov Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviç, Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Tomas Ayan, Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti Endryu Parsonsla da görüşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...