Tbilisidə etirazçıların sayı kəskin artıb

...Tbilisinin mərkəzində xarici agentlər haqqında qanuna etiraz edənlərin sayı kəskin artıb.

SİA xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb. Agentliyin qeyd etdiyi kimi, yerli vaxtla saat 23:00-a insanlar parlamentin qarşısındakı meydana fəal şəkildə gəlməyə başlayıblar.

Hazırda izdiham Rustaveli prospektinin parlament binasının qarşısındakı bir hissəsini, eləcə də Kaşveti məbədi arasındakı kəsişməni tamamilə zəbt edib.

Mayın 2-də mitinq zamanı Tbilisidə etirazçılar şəhərin mərkəzindəki Qəhrəmanlar Meydanını bağlayıblar.

Daha sonra bir neçə etirazçının saxlanıldığı bildirilib.

Ertəsi gün xarici agentlər haqqında qanuna etiraz edənlər yenidən Gürcüstan paytaxtının mərkəzinə toplaşıblar.

Bundan əvvəl respublikanın baş naziri İrakli Kobaxidze demişdi ki, beynəlxalq tənqidlərə baxmayaraq, hakimiyyət xarici agentlər haqqında qanundan imtina etmək niyyətində deyil.

Respublika parlamenti mayın 1-də qanuna ikinci oxunuşda səs verib.

Deputatların bu qərarı Gürcüstanda yenidən etirazlara və iğtişaşlara səbəb olub.

Öz növbəsində Gürcüstan prezidenti Salome Zurabişvili sənədə veto qoyacağını vəd edib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə