Qələbə günü Moskvaya gələcək xarici liderlərin adları açıqlanıb...

Dörd dövlətin başçısı Qələbə Gününü qeyd etmək üçün Moskvaya gələcək.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunlar Qvineya-Bisau, Qazaxıstan, Laos və Tacikistan prezidentləridir.

Bu, 4 may şənbə gününə olan rəsmi məlumatdır, “Pool No. 3” Telegram kanalı xəbər verir.

...RİA Novosti xəbər verir ki, Tacikistan lideri Emoməli Rəhmonun gəlişini dövlət başçısının icra aparatındakı mənbə təsdiqləyib.

Ötən gün Rəhmon rusiyalı həmkarı Vladimir Putinlə danışıb və ondan MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə və Qələbə günü ilə bağlı tədbirlərdə iştirak etmək üçün dəvət alıb.

Bu səbəbdən Düşənbədə bayram tədbirləri mayın 8-nə təxirə salınıb.

Bu gün TASS xəbər yayıb ki, Laosun prezidentləri Thonqlun Sisulit və Qvineya-Bisau Umaru Sisoku Embalo Rusiyaya gələcək və mayın 9-da keçiriləcək Qələbə Paradında iştirak edəcəklər.

Həmçinin 8-9 may tarixlərində Qazaxıstan lideri Kasım-Jomart Tokayevin Moskvaya səfəri planlaşdırılır. Bu barədə agentliyə ölkələrin səfirliklərindən məlumat verilib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə