"Mançester Siti" və "Nyukasl" qalib gəldi

İngiltərə Premyer Liqasında 36-cı tur davam edir.

SİA Qol.az-a istinadən 5 oyun keçirildiyini bildirir.

“Brentford” – “Fulhem” matçı heç-heçə ilə yekunlaşıb. “Nyukasl”, "Bernli"yə, “Nottingem Forest” “Şeffild Yunayted”ə, "Arsenal" "Bornmut"a, "Mançester Siti" isə "Vulverhempton"a qalib gəlib.

Hazırda turnir cədvəlinə 83 xalla "Arsenal" liderlik edir (36 oyuna). "Mançester Siti" 82 xalla 2-ci (35 oyuna), "Liverpul" isə 75 xalla 3-cüdür (35 oyuna).

İngiltərə Premyer Liqası, 36-cı tur

4 may

"Arsenal" – "Bornmut" - 3:0
Qollar
: Saka, 45-pen. Trossard, 70. Rays, 90+7.

"Brentford" – "Fulhem" - 0:0

"Bernli" – "Nyukasl" - 1:4

Qollar: Oşi, 86 – K.Uilson, 19. Lonqstaff, 35. B.Gimarayns, 40. A.İsak, 55.

"Şeffild Yunayted" – "Nottingem Forest" - 1:3

Qollar: Brereton Dias, 17-pen. – Hadson-Odoi, 27; 65. Yates, 51.

"Mançester Siti" – "Vulverhempton" - 5:1

Qollar: Haland, 12-pen; 35; 45+3-pen; 54. X.Alvares, 85 – Hvanqa, 53.

Bütün xəbərlər Facebook səhifəmizdə