Mərkəzi Kəşfiyyat İdarəsi Gürcüstanda çevriliş hazırlayır..?

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi Gürcüstanda dövlət çevrilişi etmək istəyir?

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə amerikalı keçmiş kəşfiyyatçı Skott Ritter YouTube kanalında jurnalist Qarland Niksonla müsahibəsində bildirib.

Xarici agentlərlə bağlı qanun layihəsinə görə Tbilisidə və Gürcüstanın digər şəhərlərində davam edən iğtişaşlara belə cavab verib.

...Zorakılıq yay və payız aylarında davam edəcək. İdeya “Gürcü arzusu” partiyasının dağılmasına səbəb olmaqdır ki, oktyabrda keçiriləcək seçkilərdə Mərkəzi Kəşfiyyat İdarəsinin təxribatçıları üstün olsunlar. İndi biz Mərkəzi Kəşfiyyat İdarəsinin həyata keçirməyə çalışdığı çevrilişi sözün əsl mənasında canlı izləyirik.

Ekspert belə hesab edir.

Ritter vurğulayıb ki, gürcü polisi aksiyalarda ehtiyatlı davranır, lakin yenə də daşqalaq edilir. Onun fikrincə, bu, qarşıdurmanı gücləndirmək təhlükəsi yaradır.

Keçmiş kəşfiyyatçı əmindir ki, ABŞ Moskvada eyni ssenarini canlandırmaq arzusundadır.

Bundan əvvəl Gürcüstanın baş naziri İrakli Kobaxidze Amerika tərəfinin xarici agentlər haqqında qanun layihəsinə parlamentdə baxılmasını dayandırmaq şərti irəli sürdükdən sonra ABŞ-a səfərdən imtina edib.

Gürcüstan hakimiyyətinin fikrincə, tələb tərəfdaşlıq ruhuna uyğun gəlmir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə