Azərbaycan və Kuba Gimnastika Federasiyaları arasında anlaşma memorandumu imzalanıb - FOTO
Azərbaycan və Kuba Gimnastika Federasiyaları arasında gimnastikanın inkişafı və təbliği məqsədilə anlaşma memorandumu imzalanıb. SİA Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, memorandumu AGF-nin baş katibi Nurlana Məmmədzadə və Kuba Gimnastika Federasiyasının vitse-prezidenti Yainet Villalta Pena imzalayıblar.
Əməkdaşlığın iki qurum arasında təcrübə mübadiləsi baxımından əhəmiyyətli olduğu qeyd edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə