Ruslar Zelenskinin ardınca Poroşenkonu da axtarışa verdilər...

...Rusiya Federasiyası Daxili İşlər Nazirliyi 2014-2019-cu illərdə Ukrayna prezidenti vəzifəsində çalışmış oliqarx və “Roşen” qənnadı korporasiyasının sahibi Pyotr Poroşenkonu axtarışa verib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, müvafiq kart rus bölməsinin axtarış bazasında peyda olub.

Kartdan məlum olub ki, 1965-ci il təvəllüdlü Bolqradlı iş adamı cinayət işi üzrə axtarışda olub.

Eyni zamanda, Rusiya Federasiyası Cinayət Məcəlləsinin hansı maddəsindən söhbət getdiyi göstərilmir.

Yeri gəlmişkən, 2021-ci ilin yazında “Forbes” Poroşenkonun sərvətini 1,6 milyard dollar qiymətləndirmişdi.

Qeyd edilməlidir ki, bu gün səhər saatlarında Ukraynanın hazırkı prezidenti Vladimir Zelenski də Rusiyada axtarışa verilib.

Ötən gün Belarus prezidenti Aleksandr Lukaşenko Ukraynanın bütün prezidentlərinin ölkəni “bölüb, qarət edib və oğurladıqlarını” deyib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə