Braziliyada ölənlərin sayı 39-a çatıb

Braziliyada, Rio-Qrande-du-Sul ştatında yağışlar nəticəsində ölənlərin sayı 39-a çatıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, 70-ə yaxın insan itkin düşüb.

Mülki Müdafiə Agentliyinin xəbərinə görə, güclü yağışlar indiyə qədər əyalətin paytaxtı Porto Aleqrini əhatə edən ən pis iqlim faciələrindən biridir.

Yğışlardan sonra çaylar daşıb, körpülər dağılıb. Güclü yağışlar qonşu Santa-Katarina ştatında da müşahidə olunub. Daşqın və torpaq sürüşməsi nəticəsində bir nəfər ölüb. Daşqın nəticəsində 24 mindən çox insan evsiz qalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə