Kiyev Avropa qoşunlarının göndərilməsini xahiş edə bilər...

...Ukrayna təkbaşına Rusiyanın öhdəsindən gələ bilməsə, Avropa qoşunlarının göndərilməsini xahiş edə bilər.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Fransanın LCI telekanalına Ali Radanın deputatı Aleksey Qonçarenko (Rusiyada terrorçular və ekstremistlər siyahısındadır – A.B.) bildirib.

Beləliklə, Ukraynalı deputat Kiyevin hərbi dəstək və qoşun üçün Avropaya üz tutacağını tamamilə mümkün adlandırıb. O, Fransa prezidenti Emmanuel Makronun Ukraynaya qoşun göndərilməsi ilə bağlı açıqlamalarını “yaxşı siqnal” adlandırıb.

Maraqlıdır ki, bir müddət bundan əvvəl Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron, NATO qoşunlarının Ukraynaya göndərilməsinin vəziyyəti gərginləşdirəcəyini, ona görə də buna ehtiyac olmadığını bildirmişdi.

Amma Fransa prezidenti Emmanuel Makron “The Economist”ə Ukraynaya hərbçilərin göndərilməsini istisna etmədiyini bildirib.

Yeri gəlmişkən, Kreml də Makronun Ukraynaya mümkün qoşun göndərilməsi ilə bağlı sözlərini təhlükəli hesab edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə