Rus polisindən qaçan üç miqrant tikinti hasarını aşıraraq çuxura düşüblər

...Sankt-Peterburqda yol polislərindən gizlənməyə çalışan miqrantlar avtomobillə tikinti hasarını aşıraraq çuxura düşüblər.

SİA xəbər verir ki, Daxili İşlər Nazirliyinin Sankt-Peterburq üzrə Baş İdarəsinin mətbuat xidmətinin məlumatına görə, hadisə ötən gecə Moskovskoye şossesində 9 saylı binanın 44-cü evinin yaxınlığında baş verib.

Yol polisi əməkdaşları dayanma tələbinə əməl etmədiyi üçün “Volkswagen Polo” markalı avtomobilin təqibini təşkil ediblər.

Bir anda qaydanı pozan sürücü idarəetməni itirib və nəticədə avtomobili çuxura düşüb.

Polis müəyyən edib ki, qəza zamanı avtomobildə qonşu ölkələrdən birinin üç vətəndaşı olub. Onlardan ikisi yaralanıb.

Polis artıq qəza ilə bağlı araşdırma aparır.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə