IJF prezidenti Azərbaycan milli komandalarının təlim-məşq bazasını ziyarət edib - FOTOLAR

Beynəlxalq Cüdo Federasiyasının (IJF) prezidenti Marius Vizer cüdo üzrə Azərbaycan milli komandalarının Bakı Olimpiya Stadionundakı təlim-məşq bazasını ziyarət edib. SİA-nın məlumatına görə, ali cüdo qurumunun rəhbəri, gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rövnəq Abdullayev və federasiyasının vitse-prezidenti Sadıq Sadıqovla birgə idman qurğusu ilə tanış olub. Ziyarət zamanı M.Vizerə təlim-məşq bazasında Azərbaycanın yeniyetmə, gənclər və əsas yığmalarının hazırlıq keçdiyi barədə məlumat verilib.

IJF-in prezidenti görülən işləri yüksək qiymətləndirib və müasir tələblərə cavab verən bazanın cüdoçuların sərəncamına verilməsinə görə ACF rəhbərliyinə təşəkkür edib. O, bazanın Azərbaycanda cüdonun inkişafına töhfə verəcəyinə əminliyini vurğulayıb.

Qeyd edək ki, təlim-məşq bazası 2017-ci ilin noyabrında istifadəyə verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...