İtaliya A Seriyasının iki oyunu təxirə salınıb

Futbol üzrə İtaliya çempionatının I turunun iki qarşılaşması təxirə salınıb. A Seriyasının rəsmi saytında yer alan xəbərə görə, "Milan" - "Cenua" və "Sampdoriya" - "Fiorentina" matçları Genuya şəhərində avtomobil körpüsünün çökməsinə görə təyin olunan vaxtda keçirilməyəcək. Həmin qarşılaşmaların yeni tarixləri hələ ki, bəlli deyil.

Qeyd edək ki, avqustun 14-də Genuyada avtoban üzərindəki körpünün uçması nəticəsində 38 nəfər ölüb, 15 nəfər yaralanıb, 14 nəfər isə itkin düşmüş sayılır.

Bütün xəbərlər Facebook səhifəmizdə