Ronaldo mundiala het-triklə başladı

Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo dünya çempionatına uğurla başlayıb. Qol.az-ın xəbərinə görə, 33 yaşlı hücumçu ilk turda İspaniya ilə keçirilən oyunda (3:3) het-trik edib. Oyunda hesabı açan forvard sonda komandasını məğlubiyyətdən xilas edən qolun da müəllifi olub. Qeyd edək ki, Ronaldo matçın ən yaxşı oyunçusu seçilib.

Xatırladaq ki, Rusiya millisinin yarımmüdafiəçisi Denis Çerışev və İspaniya yığmasının hücumçusu Dieqo Kosta da ilk turda məhsuldarlıqları ilə yadda qalıb. Çerişev Səudiyyə Ərəbistanı, Kosta isə Portuqaliya ilə oyunda dubl edib.

Bütün xəbərlər Facebook səhifəmizdə