Ayşən Yusifova Avropa çempionatında bürünc medal qazanıb

Makedoniyanın Skopye şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatı davam edir. SİA-nın məlumatına görə, dördüncü yarış günündə 40, 46, 53, 61 və 69 kiloqram çəki dərəcələrində yeniyetmə qızlar yarışıb. Yığmamız iki çəkidə idmançılarla təmsil olunub və yarış gününü bir bürünc medalla başa vurub.

Qırx altı kiloqram çəki dərəcəsində mübarizə aparan Ayşən Yusifova ilk görüşündə Türkiyə təmsilçisinə qalib gəlsə də, yarımfinalda Ukrayna idmançısına uduzub. Güləşçimiz bürünc medal uğrunda həlledici görüşə çıxıb. Almaniya təmsilçisi ilə gərgin keçən görüşü son saniyələrdə qazandığı xallarla üstün tamamlayan Ayşən Yusifova çempionatın bürünc medalına yiyələnib.

Bütün xəbərlər Facebook səhifəmizdə