Dünya kubokunda daha bir növdə qaliblər müəyyənləşdi

Milli Gimnastika Arenasında keçirilən idman gimnastikası üzrə dünya kubokunda kişilər arasında halqalarda yarışların qalibləri müəyyənləşib. SİA-nın məlumatına görə, bu növdə qızıl medalı 15.333 xalla yunanıstanlı Eleftherios Petrounias, gümüş medalı 15.100 xalla türkiyəli İbrahim Çolak, bürünc medalı 14.866 xalla Xinqyu Lan qazanıb.

Qeyd edək ki, dünya kuboku sabah (martın 18-də) yekunlaşacaq.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə