"Barselona"da daha bir yeni müqavilə gerçəkləşib. SİA-nın məlumatına görə, Kataloniya təmsilçisi yarımmüdafiəçi Serji Roberto ilə müqaviləni uzadıb. İspaniya millisinin üzvü ilə 2022-ci ilə kimi saziş bağlanılıb. Onun sərbəst qalma qiyməti isə 500 milyon avro təyin edilib.

Qeyd edək ki, 25 yaşlı yarımmüdafiəçi "Barselona"nın yetirməsidir. O, 2010-cu ildən əsas komandada çıxış edir.

Xatırladaq ki, "Barselona" Xerard Pike ilə də müqavilə müddətini 2022-ci ilədək uzadıb.

Bütün xəbərlər Facebook səhifəmizdə