“Nur” “İdman Akademiyası”nı məğlub edib

Həndbol üzrə Azərbaycan çempionatının oyunu ilk dəfə olaraq paytaxtdan kənarda keçirilib. SİA-nın məlumatına görə, ölkə birinciliyinin növbəti turunda “Nur” və “İdman Akademiyası” komandaları Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində üz-üzə gəliblər.

Qarşılaşma meydan sahiblərinin 42:24 hesablı qələbəsi ilə yekunlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə