Azad Rəhimov Qəbələdə vətəndaşlarla görüşəcək

Gənclər və idman naziri Azad Rəhimov avqustun 23-də Qəbələ rayonunda vətəndaşları qəbul edəcək. Gənclər və idman Nazirliyininin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın SİA-ya verdiyi məlumata görə, Qəbulda Balakən, Qax, Qəbələ, Oğuz, Zaqatala, Şəki, İsmayıllı, şəhər və rayon sakinləri iştirak edəcəklər. Qəbul saat 11:00-da Qəbələ Mədəniyyət Mərkəzində (Qəbələ rayonu, 28 may küçəsi 40, Heydər Əliyev parkının ərazisi ) baş tutacaq. Qəbula gəlmək istəyən vətəndaşlar aşağıdakı rayon(şəhər) gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar.

Balakən 055 7221215

İsmayıllı 055(50)3110355

Qax 055(77)3652500

Qəbələ 050(70)3990633

Oğuz 050(70)3949404

Şəki 055 6050000

Zaqatala 050(70)3827813

Bütün xəbərlər Facebook səhifəmizdə