"Real Madrid” Zidanın illik əmək haqqını 8 milyona qaldıracaq

İspaniyanın "Real Madrid” klubu əsas komandanın baş məşqçisi Zineddin Zidanla yeni müqavilə bağlayacaq. SİA-nın xəbərinə görə, bu barədə AS nəşri məlumat yayıb. Bildirilir ki, 45 yaşlı mütəxəssislə 3 illik sözləşmə imzalanacaq və onun illik əmək haqqı 4,35 milyondan 8 milyona qaldırılacaq.

Qeyd edək ki, Zineddin Zidan 2016-cı il yanvarın 4-də "Real Madrid”in baş məşqçisi təyin olunub. Paytaxt təmsilçisi onun rəhbərliyi altında Çempionlar Liqasını qazanmaqla yanaşı, klublararası dünya çempionatının, UEFA Superkuboku və İspaniya çempionatının qalibi olub.

loading...