"Sumqayıt" bu gün Boluda sonuncu yoxlama matçına çıxacaq

2017/18 mövsümünə Türkiyədə hazırlaşan "Sumqayıt" geridə qalan gün Boluda son məşqinə çıxıb. SİA-nın məlumatına görə, axşam saat 18:30-da start götürən hazırlıq prosesi zamanı futbolçular daha çox toplu çalışmalara üstünlük veriblər. Ardınca iki tərəfli oyunla məşqə yekun vurulub.

"Sumqayıt" hazırlıq mərhələsi çərçivəsində bu gün - iyulun 28-də Boluda sonuncu yoxlama matçına çıxacaq. Samir Abasovun çalışdırdığı komanda Səudiyyə Ərəbistanı təmsilçisi “Al-Taawoun”la üz-üzə gələcək.

Bütün xəbərlər Facebook səhifəmizdə