"Çelsi"nin futbolçusu "Stok Siti"də

İngiltərə çempionu "Çelsi" yeni mövsümdə müdafiəçisi Kurt Zumanın xidmətinə ehtiyac duymayıb. SİA-nın məlumatına görə, London klubu onu Premyer Liqanın digər təmsilçisi "Stok Siti"yə icarəyə verib. Bu barədə hər iki klubun rəsmi saytı məlumat yayıb. Zuma yeni klubu ilə bir illik icarə müqaviləsinə imza atıb.

Maraqlıdır ki, “Çelsi” Zuma ilə bir müddət öncə yeni müqavilə bağlamışdı. London təmsilçisi 22 yaşlı müdafiəçi ilə 6 illik müqavilə imzalamışdı.

2014-cü ildən “Çelsi”də çıxış edən Zuma, son mövsümdə 9 oyunda şans qazanıb. "Sent-Etyen"in yetirməsi olan futbolçu Fransa yığmasına da dəvət olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə