"Şalke” futbolçularını qeyri-adi formada cəzalandıracaq

Almaniyanın "Şalke” klubunun rəhbərliyi nizam-intizamı pozan futbolçuları istirahət günləri işə cəlb etməklə cəzalandıracaq. SİA-nın məlumatına görə, qaydalara riayət etməyənlər kluba məxsus mağazalarda satıcı işləyəcəklər.

"Şalke" rəsmilərinin fikrincə, bu, yüksək məvacib alan futbolçulara qarşı pul cəzasından daha effektli tədbir olacaq. Həmçinin, avqustun 1-də Avstriya toplanışı zamanı oyunçulara təqdim olunacaq cəza siyahısında əlavə bəndlər də yer alacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə