Meksikada dəhşətli cinayət hadisəsi baş verib 13 ölü, 4 yaralı

Meksikanın Verakruz ştatının Olmek bölgəsində dəhşətli cinayət hadisəsi baş verib. Bir qrup şübhəli şəxs bir restoranda keçirilən doğum günü tədbirinə silahlı hücum edib.

Hadisə nəticəsində 13 nəfər ölüb, 4 nəfər yaralanıb.

Ölənlərin hamısı restoranda uşaqlarının doğum gününü qeyd edən ailədən olub. Onlardan 5-i qadın, 1-i azyaşlıdır.

Polis şübhəli şəxslərin axtarışına başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...