İnam Kərimov vətəndaşlarla görüşəcək

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İnam Kərimov 22 dekabr 2018-ci il tarixdə, saat 11:00-da İmişli Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında İmişli, Xocavənd, Füzuli və Beyləqan rayonlarının sakinləri ilə görüşəcək. Bu barədə SİA-ya Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Görüşdə iştirak etmək istəyənlər İmişli Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-758-80-00) müraciət edə bilərlər.

Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı mərkəzi” (1652) və elektron poçtu (web@agro.gov.az) vasitəsi ilə də qeydiyyatdan keçmək olar.

Bütün xəbərlər Facebook səhifəmizdə