Bayrağımız müstəqilliyimizin rəmzidir

Xırdalan şəhərində 9 noyabr – Dövlət Bayrağı Günü münasibətilə bayram tədbiri keçirilib. SİA-nın məlumatına görə, Mədəniyyət Mərkəzində təşkil edilən tədbirdə əvvəlcə hərbi orkestrin müşayiəti ilə Azərbaycanın dövlət himni oxunub. Sonra şagirdlərin hazırladıqları fləşmob və ədəbi-bədii kompozisiya təqdim olunub.

Mərkəzin foyesində Dövlət Bayrağı Gününə həsr olunan rəsm sərgisi və qədim dövrlərdən başlayaraq bu günümüzədək mövcud olmuş bayraqlar nümayiş etdirilib. Bayram tədbirində dövlət bayrağının rəmzi mənalarından, onun milli-mənəvi dəyərlərindən söz açılıb. Qeyd edilib ki, ötən əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyətinin atributu olmuş üçrəngli, ay-ulduzlu bayrağın yenidən Azərbaycanın müstəqillik rəmzinə çevrilməsi Ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri sayəsində mümkün olub. Tədbir incəsənət ustalarının ifasında konsert proqramı ilə davam etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...